“Heç kimə arzulamıram dostlarını xəstə yatağında tanısın”
Şairə Nazilə Səfərli ötən gecə vəfat edən meyxanaçı Xəyyam Əhmədli ilə bağlı paylaşım edib.
meqale.com xəbər verir ki, Nazilə instaqram səhifəsində "Heç kimə arzulamıram dostlarını xəstə yatağında tanısın" sözlərini yazaraq meyxanaçıya rəhmət diləyib.
Xatırladaq ki, Xəyyam Əhmədli xəstəxanada müalicə alarkən ona baş çəkməyən həmkarlarından gileylənmişdi.