Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi?
Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır. Bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir.
Bəs rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?
Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirov konkret.az-a açıqlamasında bildirib ki, həmin şəxslərə vaxt çatdıqda yaşa görə müavinət müəyyən olunur:
Avropadan Bakıya ölüm cəzası ilə bağlı çağırış - o protokolu niyə imzalamırıq?
"Yəni, əmək müqaviləsi üzrə fəaliyyət göstərməyən və eyni zamanda pensiya kapitalına sahib olmayan şəxslər müəyyən yaşa çatdıqdan sonra, onlara müavinət verilir. Bu müavinət 250 manat civarında olmalıdır. Müavinətin məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Bu müavinət ömürlərinin sonlarına kimi onlara ödənilir."