"Heç vaxt plastik əməliyyat etdirməmişəm"
Məşhur aktrisa Məryəm Üzərli şəxsi həyatı və plastik əməliyyat etdirməsi ilə bağlı sualları cavablayıb.
meqale.com xəbər verir ki, aktrisa son günlər haqqında çıxan qarıngərdirmə əməliyyatı ilə bağlı iddiaları təkzib edib. O, vurğulayıb ki, heç bir plastik əməliyyat etdirməyib:
"Dolğu etdirmişəm, bir çox şeylər sınamışam, amma mədəkiçiltmə, qarıngərdirmə əməliyyatı çox təhlükəlidir. Heç vaxt etdirmərəm".
M.Üzərli hazırda həyatında heç kimin olmadığını da etiraf edib:
"Həyatımda heç kim yoxdur. Bu, qismət işidir. Bir daha ana olarammı deyə bilmərəm, amma istəmirəm. Uşaqlarımla daha çox vaxt keçirə bilmək üçün rəqəmsal layihələrə fokuslanmışam".
Qeyd edək ki, Məryəm "Möhtəşəm yüz il" serialında canlandırdığı "Hürrəm" obrazı ilə məşhurlaşıb. /Axşam.az