Həkimdən XƏBƏRDARLIQ: “Uşaqlara Yeni il maskaları alarkən diqqətli olun”
Yeni ilin gəlişi ilə bazarlarda oyuncaqların və maskaların satışında artım müşahidə olunur. Uşaqlar üçün təklif olunan cizgi film qəhrəmanlarının obrazlarına azyaşlılar tərəfindən maraq böyükdür.
Bəs, bu maskaların uşaqların sağlamlığı üçün hər hansı zərəri varmı?
meqale.com xəbər verir ki, dermatoloq Kənan Əhmədov Baku TV-yə maskaların uşaqların dərisinə allergik təsir göstərə biləcəyini deyib:
"Bu tip maskaların dəriyə təması nəticəsində uşaqlarda allergik kontakt dermativ xəstəliyi əmələ gələ bilər. Rəngləndirici maddələrin içərisində qurğuşun materialı var. Həmin o qurğuşun metallar uşaqların sağlamlığına birbaşa təsir göstərir. Ona görə də oyuncaq alarkən mütləqdir ki, valideynlər sertifikat tələb etsinlər".
Ekspertlər onu da qeyd edib ki, Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkəyə gətirilən məhsulların keyfiyyət sertifikatı olmadan bazara çıxarılması qəti qadağandır.