“HƏMAS-ın ləğvini başa çatdırmaqda qərarlıyıq”
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Rəfahda quru əməliyyatı olmadan Qəzza zolağında qalan HƏMAS batalyonlarının məhv edilməsi mümkün deyil.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
"Biz HƏMAS-ın ləğvini başa çatdırmaqda qərarlıyıq. Bunun üçün Rəfahda qalan batalyonlar ləğv edilməlidir", - o deyib.
Onun fikrincə, qalan batalyonları məhv etmədən HƏMAS-ı hərbi yolla məhv etmək mümkün deyil.