"Hər evin bir dəlisi var, bizdə isə..." - VİDEO
"Hər evin bir dəlisi var. Bizdə bu şərəfli adı mən daşıyıram".
                        meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkə hesabında yazıb. Dəniz kənarında pantomim rəqsi nümayiş etdirən aktrisa həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Qurbanova daha sonra "Nə edək, hər gün yeni problemlər gətirən çılğın dünyamızda kiçik şeylərdə sevinc taparaq dəli oluruq. Amma sizə deyim, bu dəliliyin özünəməxsus sehri var" sözlərini əlavə edib.
Qeyd edək ki, G.Qurbanova rejissor Elxan Cəfərovla ailəlidir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun