Hərbi təyyarə qəzaya uğradı - 8 nəfər yaralandı
Hindistanda Myanma ordusuna məxsus təyyarə uçuş-enmə zolağından çıxıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Hindistana qaçan Myanma əsgərlərini götürməyə gedən hərbi təyyarənin uçuş zolağından çıxaraq sürüşməsi nəticəsində 8 nəfər yaralanıb.
Təyyarədəki 14 nəfərdən 8-nin yaralandığını qeyd edib.
Yaralıların xəstəxanaya çatdırıldığı bildirilsə də, onların vəziyyəti ilə bağlı məlumat paylaşılmayıb.
Qeyd edək ki, yanvarın 19-da 276 Myanma əsgərinin Hindistana sığındığı bildirilib.