"Hermes"in bahalı yapışan lentləri - FOTO
Fransanın məşhur lüks moda evi Hermes noutbukların veb-kamerasını örtmək üçün nəzərdə tutulmuş plastırlar satışa təqdim edib. Müvafiq məhsul brendin rəsmi saytında yer alıb.
meqale.com xəbər verir ki, Band-Aid adlı aksesuar seriyasına daxil olan bu dəst üç ədəd plastırdan ibarətdir. Plastırlar qoyun dərisindən (dəri materialından) hazırlanıb. Qeyd olunur ki, məhsulun rəngi alıcı üçün sürpriz olacaq.
Belə bir dəstin qiyməti 145 funt sterlinq təşkil edir.
Şirkətin saytında verilən məlumata görə, bu plastırlar yalnız noutbuk kamerasını örtmək üçün deyil, geyim və ayaqqabıların fərdiləşdirilməsi, interyerin bəzədilməsi, eləcə də çantadakı xırda qüsurların gizlədilməsi kimi məqsədlərlə də istifadə oluna bilər.