"Həyatımda bu qədər sevinməmişdim" – Şuşa sakini

Ali Baş Komandanımızın daxili və xarici siyasəti nəticəsində Azərbaycan indi daha da güclüdür.

Ali Baş Komandanımızın daxili və xarici siyasəti nəticəsində Azərbaycan indi daha da güclüdür.

meqale.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şuşa sakini Yusifzadə Zaur deyib.

Onun sözlərinə görə, Azərbaycan çoxəsrlik tarixində bu qədər güclü olmamışdı. Allah Prezidentimizi, Sərkərdəmizi qorusun.

"11 yaşında Şuşadan çıxmışam. İndi isə 43 yaşında Şuşaya qayıdıram. Hazırda uşaqlıq xatirələrim qalıb. Şuşanın azad edilməsi xəbərini eşidən kimi sanki yenidən dünyaya gəldim. Həyatımda bu qədər sevinməmişdim", - deyə o qeyd edib.