“Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Heyvanlarla məsuliyyətli davranış haqqında" Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, tədbirdə ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi və digər maraqlı tərəflər iştirak edib.

Görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində qanunvericilik sistemində yeni təkmilləşdirilmələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.