Hökumənin həyatı film olur

Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filmin çəkilişlərinə hazırlaşır.

Hökumənin həyatı film olur
Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filmin çəkilişlərinə hazırlaşır.

meqale.com xəbər verir ki, qısametrajlı sənədli film 25 dekabr 2024-cü ildə Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin bort bəllədçisi Hökumə Əliyevanın həyatından bəhs edəcək.

Filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılır. Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi, rejissor Ziya Şıxlinski, operatoru AKİ İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Adil Abbasovdur.