"Hostel"in rejissoru vəfat etdi - FOTO

Amerikalı ssenari müəllifi, rejissor, prodüser və aktyor, Scott Spiegel 67 yaşında vəfat edib.

Amerikalı ssenari müəllifi, rejissor, prodüser və aktyor, Scott Spiegel 67 yaşında vəfat edib.

meqale.com xəbər verir ki, Spiegel xüsusilə Sam Raimi ilə əməkdaşlığı ilə tanınır. Onlar birlikdə 1987-ci ildə çəkilən "Evil Dead II"nun ssenarisini yazıblar. Spiegel həmçinin "Intruder" (1989) filminin rejissoru olub. Onun digər tanınmış işlərinə "From Dusk Till Dawn 2: Texas Blood Money" (1999), "Hostel" (2005) və "Doctor Strange in the Multiverse of Madness" (2022) daxildir.

Spiegelin ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.