İçməli suya qum qatılıb? - ŞİKAYƏT

Abşeron rayonu Hökməli qəsəbəsinin sakinləri iddia edir ki, içməli suya qum qatılıb.

İçməli suya qum qatılıb? - ŞİKAYƏT
Abşeron rayonu Hökməli qəsəbəsinin sakinləri iddia edir ki, içməli suya qum qatılıb.

meqale.com xəbər verir ki, sakinlər su filterlərindən istifadə etsə də, artıq o da kömək olmur. 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə aylar öncə müraciət olunan problemlə bağlı eyni cavab verildi. 

"Əhaliyə verilən içməli su öncə mexaniki təmizləyici üsulla qum süzgəcindən, daha sonra mərhələli şəkildə yeni texnologiyalardan keçirilir. Bütün xətlərdən gələn emal olunan sular Bakı şəhərində yerləşən 23 mərkəzi su anbarları və nasos stansiyalarına ötürülür. Emal olunan su hər bir nöqtədə müəyyən maddələr vasitəsi ilə zərərsizləşdirilir. Daha sonra laborotariyalarda analizlərdən keçirilir, təhlillər edilir. Bu günə kimi əldə olunan nəticələrdə ciddi kənara çıxma halları müşahidə olmayıb".