İƏT PA-nın heyət rəhbəri Azərbaycana təşəkkür etdi

Azərbaycan Respublikasına bizə belə inam və etibar göstərdiyi üçün təşəkkür edirəm.

İƏT PA-nın heyət rəhbəri Azərbaycana təşəkkür etdi
Azərbaycan Respublikasına bizə belə inam və etibar göstərdiyi üçün təşəkkür edirəm.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı PA-nın (İƏT) heyət rəhbəri Salma Joveria Azərbaycanda keçirilən növnədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, Azərbaycanda seçki prosesi çox şəffaf keçdi.

"Seçki zamanı demokratik prinsiplər qorundu. Seçki fəallığı yüksək idi. Azərbaycan xalqı göstərdi ki, onlar öz demokratik yollarını davam etdirirlər. Dünən seçki məntəqələrində oldum. Orada insanların necə sevincli olduğunun şahidi olduq.

Ümid edirəm ki, Azərbaycanla əməkdaşlığı genişləndirərək, regionda sülhə töhfə verə bilərik",- deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.