III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ - YENİLƏNİB
13:46 Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsinin meyiti dənizdən tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, iyulun 15-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2004-cü il təvəllüdlü İmran Əli oğlu Cəbrayılovun meyiti elə həmin gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
--------- 12:14 Azərbaycanda III kurs tələbəsi vəfat edib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.
Bildirilib ki, universitetin III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılov faciəvi şəkildə dünyasını dəyişib.