İkardinin bu paylaşımı "Fənərbağça"lıları özündən çıxardı - FOTOlar
Türkiyə Super Liqasının 32-ci həftəsində "Fənərbağça" 90+4-də yediyi qolla "Kayserispor" ilə 3:3 hesablı bərabərliyə razılaşıb.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu nəticə ilə klubun çempionluq yolunda rəqibi "Qalatasaray"la arasındakı xal fərqi 5-ə yüksəlib.
Sözügedən oyundan sonra "Qalatasaray"ın ulduzu Mauro İkardi ard-arda sosial media hesabında paylaşımları ilə diqqət çəkib.
O, keçən mövsüm "Ali Koç" yazılı "Qalatasaray" formasını geyinərək poz verdiyi fotonu paylaşıb. Bu foto qalatasaraylıar tərəfindən böyük maraqla qarşılansa da, "Fənərbağça" azarkeşlərini özündən çıxarıb.