İkardiyə SİYAHI göndərildi: Arvadının boşanma şərtləri ortaya çıxdı - FOTO

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi və həyat yoldaşı Wanda Nara arasındakı boşanma prosesi yenidən gündəm mövzusuna çevrilib.

meqale.com türk mediasına istinadla xəbər verir ki, cütlük ayrılmaq qərarına gəlsə də, ən mübahisəli məsələnin iki qızlarının qəyyumluğu olduğu bildirilib. Həm İkardi, həm də Nara qəyyumluq məsələsində geri addım atmayacaqlarını açıqlayıblar.

İtaliyada aparılan hüquqi proses çərçivəsində Wanda Naranın Mauro İkardidən irəli sürdüyü boşanma şərtləri məlum olub.

Tələblər aşağıdakılardır:

500 min dollar təzminat Milanda bir mənzil Komo gölünün sahilində villa Qızlarının qəyyumluğu

Qeyd edək ki, boşanma prosesi Wanda Naranın həm əri, həm də gənc sevgilisi ilə yaşadığı iddia edilən xəyanət qalmaqalı fonunda baş verir.

Hazırda prosesin nəticəsi ilə bağlı rəsmi qərar verilməsə də, mübahisənin gərgin keçəcəyi gözlənilir.