İki il əvvəl itkin düşmüş hərbçi ilə vida mərasimi keçirilir - FOTO

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu ilə Ağdamda vida mərasimi keçirilir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, vida mərasimi Ağdam Dövlət Dram Teatrının qarşısında baş tutub.

Mərasimdə Fərid Məmmədovun doğmaları, şəhid ailələri, rayon ictimaiyyəti, qazi və hərbçilər iştirak edirlər.

Vida mərasimindən sonra Fərid Məmmədovun meyitinin qalıqları rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.