İki prospektdə avtobusların hərəkəti məhdudlaşdırılır
Bakıda Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən 30 iyun saat 06:00-dək Parlament prospekti və Atatürk prospektlinin "Gənclik" metrostansiyası istiqamətindəki yolunda nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.