İki yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü
Rusiyanın Çelyabinsk vilayətində iki yaşlı uşaq binadan yıxılaraq restoranın tavanına düşüb.
meqale.com lente istinadən bildirir ki, hadisə Çaykovski küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Uşaq səkkizinci mərtəbədəki eyvandan yıxılıb. Onu xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları hadisə zamanı qızın valideynlərinin harada olduğunu müəyyən etmək üçün hadisə ilə bağlı araşdırma aparır.