Ukrayna əks-hücum əməliyyatını sürətləndirir

Ukraynada iki aydır davam edən əks-hücum sürətlənir.

Ukrayna əks-hücum əməliyyatını sürətləndirir
Ukraynada iki aydır davam edən əks-hücum sürətlənir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Kiyev cənub cəbhəsinə minlərlə yeni qüvvələr yerləşdirir.

ABŞ rəsmiləri bildiriblər ki, Ukrayna ordusunun daha güclü Qərb silahlarına malik təlim keçmiş qoşunları əks-hücumun başladığı iyun ayından bəri gözləmə mövqeyində olublar, lakin indi Ukrayna bu qoşunların əsas hissəsini əks-hücumlara cəlb edib.