İlham Əliyev: Müasir dövrün çağırışları məhkəmə sistemlərindən daim adaptasiya olunmağı tələb edir
Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Prezident İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
"Bu baxımdan Beynəlxalq Hakimlər Assosiasiyasının illik iclasları müasir reallıqlar fonunda məhkəmə-hüquq sistemlərinin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, onların qarşısında duran çağırışlara cavab verilməsi üçün faydalı təcrübə mübadiləsi və səmərəli dialoq platformasıdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb. meqale.com