İlham Əliyev Putinlə qərb rayonları və Naxçıvan arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparıb
Avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
                        meqale.com AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb. meqale.com