İlon Mask Baydeni məyus etdi
"SpaceX" şirkətinin qurucusu, iş adamı İlon Mask prezident seçkilərində Co Baydenə səs verməyəcəyini bildirib.
meqale.com APA-ya istinadən bildirir ki, İlon Mask hazırkı prezident Baydenə səs verməyəcəyini özünün "X" (keçmiş "Twitter") hesabındakı paylaşımında bəyan edib.
2020-ci il seçkilərində Baydeni dəstəklədiyini etiraf edən Mask bu dəfə ona səs vermək niyyətində olmadığını qeyd edib.