İnanılmaz REKORD: Motosikletdə ən uzun dünya səyahəti neçə il davam edib?

Argentinalı Emilio Skotto maraqlı rekorda imza atıb. Adam ən uzun səyahəti motosikletlə edib.

İnanılmaz REKORD: Motosikletdə ən uzun dünya səyahəti neçə il davam edib?
Argentinalı Emilio Skotto maraqlı rekorda imza atıb. Adam ən uzun səyahəti motosikletlə edib.

meqale.com lente istinadən bildirir ki, rekord səyahət 10 il davam edib.

"Ginnesin Rekordlar Kitabı"nın tərtibçiləri argentinalının nailiyyətini nəzərdən qaçırmayıblar. Rekordçu 1956-cı ildə anadan olub. Bir müddət Skotto əczaçılıq şirkətinin əməkdaşı olub. Ancaq 30 yaşına bir il qalmış adam səyahət etmək istədiyi qənaətinə gəlib.

Argentinalı həyatını bu fəaliyyətə həsr etmək qərarı alıb. Skotto işini atıb motosikletlə səyahətə çıxıb. Səyahət 1985-ci il yanvarın 17-də başlayıb və 2 aprel 1995-ci ildə başa çatıb. Bu 10 il ərzində motosikletçi 735 min kilometr yol qət edib və 214 ölkəni gəzib.