İndoneziya sahillərində güclü zəlzələ oldu

İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

İndoneziya sahillərində güclü zəlzələ oldu
İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

meqale.com-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, zəlzələnin episentri Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 67 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.