İndoneziyada ilan 45 yaşlı qadını uddu
İndoneziyanın Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində piton qadını udub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Detik" portalı məlumat yayıb.
Bildirilir ki, 45 yaşlı Fəridə iyunun 6-da yoxa çıxıb.
Axtarışlar zamanı kənd sakinləri qadının itkin düşdüyü yerin yaxınlığında 5 m uzunluğunda iri qarnı olan piton tapıblar. İtkin düşən qadın ilanın mədəsində tapılıb.