"İnək bağı" davası: ermənilər yəhudiləri hədəfə aldı - VİDEO - FOTO

Qüds şəhərinin qədim hissəsindəki "İnək bağı" binalar kompleksi ermənilərlə yəhudilər arasında toqquşmaya səbəb olub.

Qüds şəhərinin qədim hissəsindəki "İnək bağı" binalar kompleksi ermənilərlə yəhudilər arasında toqquşmaya səbəb olub.

meqale.com bildirir ki, İsrailin "Xana Capital" şirkəti şəhərin bu məhəlləsinin ərazisinin 25 faizini satın alıb. Alqı-satqı prosesi bütünlüklə İsrail qanunvericiliyi çərçivəsində həyata keçirilib, şirkət satıcılara böyük miqdarda pul ödəyib. Pulu alan ermənilər isə sonradan "mövqelərini dəyişiblər" və məhəllədəki evlərini satmayacaqlarını deyiblər.

Qüdsdəki ermənilərin patriarxı, arxiyepiskop Nurxan Manukyan da soydaşlarını dəstəkləyib, alqı-satqı əməliyyatını "qanunsuz" adlandırıb.

Daniel Rubinşteynə məxsus olan "Xana Capital" (İsrail-Avstraliya) ermənilərdən imzaladıqları anlaşmalara və müqavilələrə əməl etmələrini istəyib.

Davaya fələstinli ərəblər də qarışıblar. Fələstin Muxtariyyəti bəyan edib ki, ermənilər "İnək bağı"nın bir hissəsini yəhudilərə satmaqla "fələstinli ərəbləri Qüdsün şərq hissəsindən, strateji əhəmiyyət daşıyan rayonlardan kənarlaşdırmaq istəyirlər".

"Fələstinlilər hesab edirlər ki, ermənilər onlara xəyanət ediblər. Ərəblərin dediklərinə görə, ermənilərin belə davranışı Fələstinlə İsrail arasında sülhün əldə edilməsi perspektivlərinə ağır zərbə vurur", - Qüdsün Milli Xristian Koalisiyasının rəhbəri Dmitri Diliani söyləyib.

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas arxiyepiskop Nurxan Manukyanı din xadimi qismində tanımadığını, "İnək bağı" ilə bağlı ermənilərin imzaladıqları sənədlərin legitim olmadığını bəyan edib.

"Xana Capital"la yerli ermənilərin arasında alqı-satqı müqavilələrinin imzalanmasında vasitəçilik etmiş erməni keşiş Paret Yeresyan isə vəzifəsindən qovulub.

"İnək bağı" məhəlləsində yaşayan təqribən 2 min erməni heç yerə getməyəcəklərini, evlərini satmayacaqlarını deyiblər.

Dünən "Xana Capital" buldozerləri məhəlləyə yeridərək tikinti işlərinə başlamaq istəyib.

Evlərini satan, buna görə pul alan, amma sonra "fikirlərini dəyişən" və pulu qaytarmayaraq "evimizi satmırıq" deyən ermənilərsə yəhudiləri daşa basıblar, dava salıblar.

Hazırda "İnək bağı"nda polislə ermənilər arasında toqquşmalar davam edir.

Orxan Hun meqale.com