İngiltərə Premyer Liqası: "Mançester Siti" "Çelsi"yə qalib gəldi
İngiltərə Premyer Liqasında 23-cü turunun ən maraqlı qarşılaşmalarından biri başa çatıb.
meqale.com xəbər verir ki, "Mançester Siti" və London "Çelsi"si Mançesterdəki "Etihad Stadium"da üz-üzə gəlib.
Qarşılaşmada hesabı "Çelsi" açsa da, "şəhərlilər" ardıcıl 3 qolla "zadəganlar"ı məyus ediblər - 3:1.
Oyunda daha bir əlamətdar hadisə özbəkistanlı müdafiəçi Abdukodir Xusanovun debütü olub. Hərçənd, oyunda ilk qol məhz onun səhvi ucbatından vurulub.