İnsanlara maska taxılması ilə bağlı ÇAĞIRIŞ - VİDEO
Ümumdünya Səhiyyət Təşkilatı maskalarla bağlı çağırış edib.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, təşkilatın rəhbəri Tedros Qebreyesus bütün dünyada insanları yenidən maska taxmağa və koronavirusa qarşı peyvənd olmağa çağırıb.
İnfeksionist Vasif Əliyev deyir ki, Covid-19 virusu mutasiaya uğramağa davam edir. Hər mutasiyanın isə yoluxma sayı sürətlə artır. ÜST-ün çağırışı da virusun yenmi növü olan JN.1 lə əlaqədardır. Lakin bu növün ölkəmizdə olub olmaması ilə bağlı rəsmi məlumat yoxdur.
Daha ətraflı videomaterialı təqdim edirik: