"İnter" darmadağınla qalib gəldi

"İnter" İtaliya A Seriyasında qələbə qazanıb.

"İnter" İtaliya A Seriyasında qələbə qazanıb.

meqale.com xəbər verir ki, Milan təmsilçisi XVIII turda səfərdə "Kalyari"ni 3:0 hesabı ilə üstələyib.

Ölkə çempionunun heyətində hesabı 53-cü dəqiqədə Alessandro Bastoni açıb. 71-ci dəqiqədə Lautaro Martinez fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Hakan Çalhanoğlu müəyyənləşdirib.