İordaniya Cənubi Koreyanı məğlub edərək finala çıxdı

Futbol üzrə Asiya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

İordaniya Cənubi Koreyanı məğlub edərək finala çıxdı
Futbol üzrə Asiya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

meqale.com report.az-a istinadən xəbər verir ki, İordaniya seçməsi Cənubi Koreya ilə üz-üzə gəlib.

Görüş İordaniya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Yazan Əl-Naimat açıb. Matçın yekun nəticəsini 66-cı dəqiqədə Musa Əl-Tamari müəyyənləşdirib.

Yarımfinalın növbəti qarşılaşması İran və Qətər yığmaları arasında olacaq. Sabah baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.