İran ABŞ-ın neft tankerini ələ keçirdi

Bu gün səhər saatlarında İranın hərbi dəniz qüvvələri Oman dənizində neft tankerini ələ keçirib.

İran ABŞ-ın neft tankerini ələ keçirdi
Bu gün səhər saatlarında İranın hərbi dəniz qüvvələri Oman dənizində neft tankerini ələ keçirib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Hadisənin təfərrüatı və neft tankerinin hansı ölkəyə məxsus olduğu barədə əlavə məlumat verilməyib.

***

İran hərbi dəniz qüvvələri məhkəmə qərarı ilə Oman körfəzi sularında neft tankerini ələ keçirdiyini təsdiqləyib.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ələ keçirilən gəmi ABŞ-la əlaqəlidir.