İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri
İran prezidenti İbrahim Rəisini "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışından sonra Xudafərindən Təbrizə aparan helikopter çətin eniş etməyə məcbur olub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.
Onun sözlərinə görə, hazırda xilasedicilər hadisə yerinə getməyə çalışırlar. Hava şəraitinə görə, bu istiqamətdə çətinlik yaşanır.