İranda 5,2 bal gücündə zəlzələ baş verdi

İranın şimal bölgəsində zəlzələ qeydə alınıb.

İranda 5,2 bal gücündə zəlzələ baş verdi
İranın şimal bölgəsində zəlzələ qeydə alınıb.

meqale.com xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Bildirilir ki, yeraltı təkanların gücü 5,2 bal təşkil edib. Zəlzələnin episentri təxminən 244 min nəfər əhalisi olan Qorqan şəhərindən 46 kilometr şərqdə, yerin 7 kilometr dərinliyində yerləşib.

Hazırda təbii fəlakət nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.