Rusiyanın sabiq naziri evində ölü tapıldı - FOTO

Rusiya Əmək nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı şəxsi evində ölü tapılıb.

Rusiyanın sabiq naziri evində ölü tapıldı - FOTO
Rusiya Əmək nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı şəxsi evində ölü tapılıb.

meqale.com xəbər verir ki, "SHOT"-un məlumatına görə, 50 yaşlı Aleksey Sklyar Filimonkovskoye kəndindəki evində ölü tapılıb. Evinin qapısı açıq olub və keçmiş məmurun cəsədi dəhlizdə uzanmış halda tapılıb.

Qeyd olunur ki, Sklyar dostlarına mesaj göndərərək ölümündə həyat yoldaşını günahlandırıb.

Aleksey Sklyar 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemlərinə və elektron dövlət xidmətlərinin göstərilməsinə rəhbərlik edib. Sklyar 2022-ci ildə Baş nazir Mixail Mişustinin fərmanı ilə vəzifəsindən azad edilib.