Türkiyə təyyarəsində bomba həyəcanı - Təcili eniş etdi
Türk Hava Yollarına məxsus təyyarə bomba təhlükəsi səbəbindən Barselonaya təcili eniş edib.
meqale.com xəbər verir ki, İstanbuldan Barselonaya TK1853 reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarədə sərnişinlərdən birinin bomba təhlükəsi ilə bağlı internet şəbəkəsi yaratmasından sonra təhlükəsizlik tədbirləri görülüb. Təyyarə Barselonaya təhlükəsiz şəkildə eniş edib və yerli hakimiyyət orqanları tərəfindən yoxlamalar aparılır.
Türk Hava Yollarının Kommunikasiya Direktoru Yəhya Üstün açıqlama verib:
"İstanbul-Barselona TK1853 reysi ilə Barselonaya yaxınlaşarkən sərnişinin təyyarədə internet bağlantısı nöqtəsi yaratdığı və şəbəkəni bomba təhlükəsi adlandırdığı aşkar edilib. Buna cavab olaraq, uçuş təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi prosedurlara başlanılıb. Təyyarənin təhlükəsiz enişindən sonra ölkənin müvafiq orqanları tərəfindən yoxlamalar aparılır" .