İranda güclü yanğın: 100 ev kül oldu
İranın Gilan əyalətinin Şeft şəhərinin "İmamzadə İbrahim" qəsəbəsinin taxta evlərində yanğın meydana gəlib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə şəhər fərmandarı Mehdi Nəqdi məlumat yayıb.
O, yanğın nəticəsində 100 evin tamamilə yanaraq kül olduğunu deyib.
İnsan tələfatı olmadığı bildirilib.