İranda silahlı hücum - 3 polis öldürüldü
Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Xaş-Zahidan yolunda İran polislərinin olduğu avtomobilə silahlı hücum edilib.
meqale.com xarici KİV-ə istinadən xəbər verir ki, İranın Zahidan şəhərində polis avtomobilinə edilən silahlı hücum nəticəsində 3 polis əməkdaşı həlak olub.
Hücumun kim və ya kimlər tərəfindən təşkil edildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.