İranda zəlzələ oldu

İranın şimalındakı Mazandaran əyalətində 4,6 maqnitudalı zəlzələ olub.

İranda zəlzələ oldu
İranın şimalındakı Mazandaran əyalətində 4,6 maqnitudalı zəlzələ olub.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 21:58-də (Bakı vaxtı ilə 22:28) təxminən 255 min əhalisi olan regionun paytaxtı Sari şəhərindən 15 kilometr məsafədə Xəzər dənizinin cənub sahilində qeydə alınıb.

Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.