İrandan Səudiyyə Ərəbistanı-İsrail yaxınlaşmasına reaksiya - Tehran narahatdır

İran Səudiyyə Ərəbistanı və İsrail arasında əlaqələrin normallaşmasından narahatdır.

İrandan Səudiyyə Ərəbistanı-İsrail yaxınlaşmasına reaksiya - Tehran narahatdır
İran Səudiyyə Ərəbistanı və İsrail arasında əlaqələrin normallaşmasından narahatdır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani açıqlama verib.

"Səudiyyə Ərəbistanı ilə İsrail arasında əlaqələrin normallaşması regional sülhə və sabitliyə zərər yetirə bilər", - o deyib.

Qeyd edək ki, cümə günü ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik üzrə müşavirinin Ciddədə Səudiyyə Ərəbistanının rəsmiləri ilə apardığı danışıqlardan sonra Səudiyyə Ərəbistanı ilə İsrail arasında əlaqələrin bərpasına yönəlmiş sazişin imzalana biləcəyini demişdi.