İraqda hərbi helikopter qəzaya uğradı: polkovnik öldü

İraq ordusunun hərbi helikopteri Səlahəddin əyalətinin Hilva hava limanından qalxarkən qəzaya uğrayıb.

İraqda hərbi helikopter qəzaya uğradı: polkovnik öldü
İraq ordusunun hərbi helikopteri Səlahəddin əyalətinin Hilva hava limanından qalxarkən qəzaya uğrayıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə zamanı helikopter heyətinin komandiri, aviasiya polkovniki Mərvan Cəlal həlak olub, pilot, kapitan Alaa Salman yaralanıb.

Qəza əyalət şurası seçkiləri üçün keçirilən təhlükəsizlik missiyası zamanı baş verib.