İşğaldan azad edilmiş ərazilərdə neçə seçki məntəqəsi olacaq?

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılacaq.

İşğaldan azad edilmiş ərazilərdə neçə seçki məntəqəsi olacaq?
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılacaq.

meqale.com Trend-ə istinadən bildirir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov məlumat verib.

Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması təklif olunub və səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.