"İslam Müqaviməti"nin komandiri öldürüldü

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livan-Suriya sərhədində yerləşən "Məsnaa" keçid məntəqəsi yaxınlığında "İslam müqaviməti" döyüşçülərini daşıyan avtomobili vurub.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livan-Suriya sərhədində yerləşən "Məsnaa" keçid məntəqəsi yaxınlığında "İslam müqaviməti" döyüşçülərini daşıyan avtomobili vurub.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində "Əl-Cəmaə əl-İslamiyyə" sünni radikal qruplaşmasının silahlı birləşmələrinin komandiri Şurahbil əs-Seyid və onu müşayiət edən döyüşçülərdən biri ölüb.