İşlənmiş avtomobil ehtiyat hissələrinin qiyməti bahalaşıb?
İşlənmiş avtomobil ehtiyat hissələrinin qiymətinin artmasıyla bağlı xəbərlər yayılır.
meqale.com xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Trend-ə bildirib ki, köhnə avtomobil ehtiyat hissələrinin qiymətində kəskin qiymət artımı olmayıb.
"Lakin təzə ehtiyat hissələrinin qiymətində 10% artım olub. Utilizasiya proqramı üzərində iş gedir. Növbəti illərdə köhnə avtomobillərin dövriyyədən çıxarılması gündəmdə var. Bu səbəblərdən də köhnə avtomobillərin ehtiyat hissələrinə tələb də azdır.