İspaniya Gürcüstanla üz-üzə
Almaniyada keçirilən AVRO-2024 davam edir.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu gün 1/4 finalın daha bir iştirakçısı bəlli olacaq.
Kölndə baş tutacaq 1/8 final matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq. Quru hesablı qələbələri sıralayan pireneylilər titula doğru növbəti addımı atmağa köklənib. Nəinki minimum, hətta maksimum vəzifənin öhdəsindən gələn gürcülər isə təəccübləndirməkdə davam etməyə çalışacaqlar.
Qeyd edək ki, 1/8 final mərhələsi iyulun 2-də başa çatacaq.