İspaniya Ukraynaya təcili bu sistemləri göndərir
İspaniya hökuməti dərhal Ukraynaya "Huk" hava hücumundan müdafiə sisteminin batareyasını göndərəcək.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu bardə İspaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, bir batareyaya hava hədəflərini vurmaq üçün 6 buraxılış qurğusu daxildir.
"Prezident Zelenskinin hava hücumundan müdafiə sistemləri ilə bağlı istəyini nəzərə alaraq, nazir Marqarita Robles dərhal tam Huk batareyasının göndəriləcəyini açıqladı", - departamentdən bildiriblər.