İsrail açıqladı: Livana hücuma hazırlaşırıq
İsrail ordusu Livan cəbhəsində hücuma hazırlaşır.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun Baş qərargah rəisi Herzi Halevi deyib.
O bildirib ki, Qolan yüksəklikləri də daxil olmaqla, şimal ərazilərdəki sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə hücum əməliyyatının keçirilməsi zəruridir.