İsrail bunu gizlədir, biz bacardıq - Hizbullah
Hizbullahın buraxdığı bir neçə PUA İsraildəki hədəfləri vurub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.
"Əməliyyatımız iki mərhələdən ibarət idi: birincidə biz eyni vaxtda 300-ə yaxın raket atdıq, ikincidə isə PUA-lar. Nəticədə biz Dəmir Qübbəni yayındıra bildik. Əldə etdiyimiz məlumata görə, İsrail hələ də bunu gizlətsə də, bir neçə PUA məqsədlərinə nail olub", - Nəsrullah bildirib.
Qeyd edək ki, Nəsrullah Hizbullahın İsrailə hücumları təxirə saldığını açıqlayıb.