İsrail Hizbullahın hədəflərinə növbəti zərbə endirdi
İsrail ordusu Livandakı Hizbullahın hədəflərinə yeni hücumlar həyata keçirib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Son bir saat ərzində İsrail tankları Teyr Harf və Ayt əş-Şaab bölgələrində Hizbullah terrorçularının infrastrukturuna zərbələr endiriblər", - bəyanatda deyilir.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Kafr Killa qəsəbəsi ərazisində Hizbullah hədəflərinə və Blida bölgəsində qruplaşmanın müşahidə məntəqəsinə aviazərbələr endirib.